Onu “Qaranlığın karliçası” adlandırırlar - Fotolar

onu-qaranligin-karlicasi-adlandirirlar
Oxunma sayı: 7341

Məşhur sudanlı model Nyakim Getwetch instaqramda fenomenə çevrilib. “Qafqazinfo”nun məlumatına görə, model sosial şəbəkələrdə təkcə gözəlliyi ilə deyil insanlara qaranlıqdan qorxmamaq cəsarəti verdiyi üçün də bəyənilir.

Hər paylaşımında 10 mindən çox “layk” alan Nyakim, dərisinin rənginə görə bir çox təzyiqlərə məruz qaldığını, ancaq onlara gülərək əhəmiyyət vermədiyini deyib. 

ABŞ-da yaşayan 24 yaşlı model “Amerika standartlarının Afrika ruhunuzu zədələməyinə izn verməyin”, deyərək eyni zamanda, qara dərililərin haqlarının müdafiəçisi kimi də tanınır. 

“Qaranlığın karliçası” ləqəbi verilən modelin sosial şəbəkələrdə ən çox bəyənilən fotolarını təqdim edirik:

Ülviyyə