Ozan “O səs”də sevdiyi qız üçün ağladı

ozan-o-sesde-sevdiyi-qiz-ucun-agladi
Oxunma sayı: 3684

TV 8-də yayımlanan “O səs Türkiyə” mahnı müsabiqəsinin ikinci turu baş tutub. “Qafqazinfo” xəbər verir ki, yarışmanın növbəti buraxılışında üç azərbaycanlı iştirakçı: Ozan Əhmədov, Ayla Ray və Aynurə Şirinova səhnəyədə çıxış edib.

Hadisənin komandasında iştirak edən Ozan “Duyanlara Duymayanlara” mahnısını ifa edib. Həmyerlimizin ifası zalda əyləşən tamaşaçılar və müsniflər tərəfindən bəyənilib. 

Hətta,studiyada əyləşənlər onu alqışlayaraq ikinci dəfə mahnını ifa etməsini istəyiblər. Əhmədov çıxışından sonra göz yaşlarını saxlaya bilməyib.  Yarışmanın münsifi olan Hadisə onun kövrəlməyinin səbəbini soruşub. 22 yaşlı gənc 10 ildir ki, sevdiyi qızı görmədiyini, bu yaxınlarda evlənəcəyini bildirib:

“İllər öncə qızı sevmişəm. Adı Nərminədir. 10 ildir ki, görmürəm, yaxında toyu olacaq. Amma mən onu qəlbimdə sevirəm”. 

Hadisə sonda yarışmaya Ozanla davam etmək istədiyini bildirib. 

Bundan əlavə, digər azərbaycanlı iştirakçı Ayla ikinci turda “Shy Guy” mahnısını oxuyub. Onun ifası da bəyənilib və komanda rəhbəri Yıldız Tilbe Aylanı növbəti mərhələyə keçirib. 

Gecədə digər həmyerlimiz Aynurə Şirinova da səhnədə çıxış edib. "Qamsız" bəstəsini ifa edən Aynurə növbəti tura keçə bilib. Komanda rəhbəri Yıldız Tilbe onun ifasını bəyənərək yarışmaya Şirinova ilə davam etmək istədiyini bildirib.