Özünə 3 mərtəbəli villa aldı

ozune-3-mertebeli-villa-aldi
Oxunma sayı: 4114

Müğənni Natavan Həbibi özünə villa alıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçinin özü “ATV maqazin onlarla” proqramına açıqlamasına bildirib. 

Natavan deyib ki,bu yaxınlarda Şüvəlanda yerləşən üçmərtəbəli villası tam hazır olacaq:“Bu yaxınlarda dəniz kənarındakı evim hazır olacaq. Villa Şüvəlanda, ən arzu etdiyim yerdədir. Üçmərtəbəlidir, hər bir şəraiti var. Həmişə o villalara həsrətlə baxmışam.

İndi deyirlər ki, kefdədirlər. Hər gün oxuyub pul qazanırlar. Belə deyil. Nə əldə etmişəmsə, əziyyət çəkmişəm. Mənə bu yaşımda villa qismət oldu”.