Pətək Dinçözə rəqib olacaq azərbaycanlı

petek-dincoze-reqib-olacaq-azerbaycanli-
Oxunma sayı: 2087


Dekabrın 31-də türkiyəli müğənni Pətək Dinçözün tanınmış restoranların birində verəcəyi konsertdə dəyişiklik olub. “Qafqazinfo”nun məlumatına görə, gecədə türkiyəli sənətçi ilə səhnəni Gökhan Erolun paylaşacağı gözlənilsə də, kişi müğənnini yerli sənətçi Sima Qasımova əvəz edəcək. 

Nahid Emiloğlunun təşkilatçılığı ilə baş tutacaq gecədə Simanın iki saata yaxın ansamblı ilə çıxışından sonra azərbaycanlı və türkiyəli sənətçilərin  birgə duet oxuyacaq. 

Sima Qasımova gecəyə özəl geyimlərlə qatılacağını açıqlayıb: 

“Çalışacam Pətək Dinçöz qədər gözəl görünüm, geyimlərim ilə türkiyəli sənətçidən seçilməyim. Afişalarda Gökhan Erolun adı əlavə olunmuşdu. Lakin sonradan onun konsertdə çıxış etməyəcəyi bəlli oldu. Dinçözlə səhnəni mən paylaşacam”.