Piyada öldü

piyada-oldu
Oxunma sayı: 641

Fevralın 21-i saat 20:30 radələrində Binəqədi şossesində Bakı şəhər sakini Cavid Süleymanov idarə etdiyi «Hyundai» markalı avtomaşınla Zabit Rüstəmovu vurub, sonuncu aldığı xəsarətdən KTM-də ölüb.

Fevralın 19-da Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində taksi xidməti ilə məşğul olan Şəmşir Bayadovun idarə etdiyi «London taxi» markalı avtomaşından 180 manat pulu götürərək soyğunçuluq etmiş Bakı şəhər sakini Rabil Quliyev Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən tutulub.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Orxan Xudiyev tutulub.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Samir Quliyev tutulub.