Polis ““metropark”da bomba var” deyəni axtarır...

polis-metroparkda-bomba-var-deyeni-axtarir
Oxunma sayı: 1024

Xəbər verdiyimiz kimi, bu gün "Metropark" ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat yayılıb.

Polis mərkəzdəki satıcıları və müştəriləri təxliyyə edib.

"Qafqazinfo" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, anonim zəng bu gün şəhərdəki taksofonların birindən edilib. Ərazini yoxlayan mütəxəssislər şübhəli heç nə aşkar etməyiblər. Hazırda "telefon terrorçusu"nun axtarışları davam etdirilir.