Polis tapança aşkar etdi - Kriminal xəbərlər

polis-tapanca-askar-etdi-kriminal-xeberler
Oxunma sayı: 4121

Səbail RPİ 9-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, Hacı Əliyevdən sandıqçasında 3 ədəd patronu olan «Makarov» tipli tapança aşkar olunaraq götürülmüşdür.

Yasamal RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, Seymur Zeynalovdan sandıqçasında 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkar olunaraq götürülmüşdür.

Nərimanov RPİ CAŞ və 16-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, Elşən Aslanovdan 5 qramdan artıq marixuana aşkar olunaraq götürülmüşdür. Müəyyən edilmişdir ki, o, fevralın 15-də Sarabski küçəsində yaşayan Eldar Rəcəbova məxsus «VAZ-2107» markalı avtomobildən açarseçmə yolu ilə səsgücləndirici oğurlamışdır.

Yanvarın 19-da Balakişiyev küçəsində naməlum şəxs Laçın Hüseynovaya kömək etmək adı ilə əlindəki zənbilləri 5-ci mərtəbəyə qaldırmışdır. Naməlum şəxs L.Hüseynovadan uzaqlaşdıqdan sonra məlum olmuşdur ki, o, zənbilərin içərisindəki 240 manat, mobil telefon və şəxsi sənədlər olan əl çantasını götürmüşdür. Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Yardımlı rayon sakini Ruslan Abıyev fevralın 17-də tutulmuşdur.

Yasamal RPİ NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, Samir Kərimovdan 700 qrama yaxın heroin, 90 qrama yaxın tiryək, 3,5 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülmüşdür.

Suraxanı RPİ 30-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hövsan qəsəbə sakinləri Ağadadaş Bəxtiyarov və İlkin Məlikov fevralın 17-də tutulmuşlar. Məlum olmuşdur ki, onlar fevralın 14-dən 16-dək olan müddətdə Hövsan qəsəbə sakini Rafiq Həsənovun həyətindən hasardan keçmə yolu ilə samovar, qaynaq aparatı və Sabunçu telefon qovşağına məxsus 513 manat dəyərində 65 metr hava rabitə kabelini oğurlamışlar.