Polisə yalandan “maşınım qaçırılıb” dedi

polise-yalandan-masinim-qacirilib-dedi
Oxunma sayı: 1533

Ağsu rayonun Abbasxanlı kənd sakini Vüqar Əsədov dekabrın 7-nə keçən gecə kənd ərazisindən “VAZ-21074” markalı avtomobilinin qaçırıldığını bildirib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı V.Əsədovun polisə yalan məlumat verdiyi müəyyən edilib. Belə ki, onun qeyd edilən avtomobili Garıs-Əyribənd kənd sakini R.Dəmirovun həyətində hissələrə doğrayaraq satması, habelə polisə yalan məlumat verməsi aşkarlanıb.

Qeyd edilən avtomobilin ban nömrəsi və dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən R.Dəmirovun həyətindən aşkar edilərək götürülüb. Araşdırma aparılır.