Polşada bina uçdu - 4 ölü, 22 yaralı + Foto

polsada-bina-ucdu
Oxunma sayı: 1017

Polşanın Poznan şəhərində 4 mərtəbəli yaşayış binası uçub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə yerli TVN24 kanalı məlumat yayıb.

Məlumata əsasən, binada qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə 4 nəfər ölüb, daha 22 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda hadisə yerində xilasetmə işləri və axtarış aparılır.