Poroşenko Avromaydanla bağlı işə görə dindirildi

porosenko-avromaydanla-bagli-ise-gore-dindirildi
Oxunma sayı: 790

İstintaqçılar Ukrayna prezidenti Petro Poroşenkonu 2014-cü ildə Avromaydanın gedişində dinc vətəndaşların ölümünə görə dindirir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluğun xüsusi araşdırmalar idarəsinin rəisi Sergey Qorbatyuk məlumat verib. 

Qeyd edək ki, daha əvvəl Poroşenko Baş Prokurorluğun dindirməsinə getməmişdi. Bundan sonra qurum bəyan etmişdi ki, prezidentin dindirilməyə gəlməsi üçün güc metodları tətbiq oluna bilər.