“Potensial namizədlər “AZAL” və “Bakı”dır”

potensial-namizedler-azal-ve-bakidir
Oxunma sayı: 641

Premyer Liqanın XI turu çərçivəsindəki oyunla bağlı “Qafqazinfo”ya açıqlama verən Vaqif Sadıqov qarşılaşmanın gərgin keçəcəyini bildirib: “Bizi gərgin oyun gözləyir. Çünki iki komanda da ilk altılığa düşmək üçün çalışacaq. Hazırda da bunun üçün potensial namizədlər AZAL və “Bakı”dır. Oyun nə qədər çətin keçsə də, biz layiqli qələbə qazanacağımıza əminik”.
Xatırladaq ki, Premyer Liqanın 10 turundan sonra AZAL 13 xalla 5-ci, “Bakı” klubu isə 9 xalla 11-ci sıradadır.

Sevinc