Premyer-liqada fasilə başa çatır

premyer-liqada-fasile-basa-catir
Oxunma sayı: 652

“Qafqazinfo”verdiyi xəbərə görə, ölkə çempionatının XIX turunda klublar 2012-ci ildə ilk rəsmi oyunlarını keçirəcəklər. Peşəkar Futbol Liqasının rəsmi saytı bu turdan başlayaraq Premyer Liqa oyunlarında üz-üzə gələn komandaların çempionatlar tarixindəki qarşılaşmaları haqda məlumat təqdim edəcək.

Qeyd edək ki, rəqiblər arasındakı oyunların balansını təqdim edərkən komandaların əvvəlki adlar altında çıxış etdiyi dövrlər də nəzərə alınıb. Yəni, klublar varisi olduğu komandanın davamçısı kimi göstərilib.

XIX tur

10 fevral (cümə)

AZAL (Bakı) – “Sumqayıt” (Sumqayıt)
+0=0-1, top fərqi - 1:2

Sumqayıt təmsilçisi Unibank Premyer Liqasının debütantı olduğundan rəqiblər cari mövsümədək üz-üzə gəlməmişdi. Komandalar arasında baş tutan ilk və hələlik yeganə oyun isə ötən ilin sonlarında baş tutub. Sumqayıt təmsilçisi həmin qarşılaşmada qələbə qazanmağı bacarıb.
30.10.2011 Sumqayıt Şəhər - AZAL (Bakı) 2:1

“Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
+3=4-4, top fərqi - 8:12

Zaqatala təmsilçisi uzun müddət “Qarabağ” üçün ən çətin rəqiblərdən sayılıb. Bunun nəticəsi idi ki, Unibak Premyer Liqasının 2010/11-ci il mövsümünədək ağdamlılar bu rəqib üzərində qələbəyə həsrət idi. Lakin 8 oyunluq uğursuz seriyaya son qoyan “Qarabağ” artıq 792 gün - 3 qarşılaşmadır ki, rəqibinə xal vermir. Özü də son 2 qələbəni səfərdə əldə edən Qurban Qurbanovun yetirmələri bu 2 oyunda qapısından qol da buraxmayıb.

11 fevral (şənbə)

“Turan” (Tovuz) – “Xəzər Lənkəran” (Lənkəran)
+1=3-11, top fərqi 8:28

Ağır günlərini yaşayan “Turan” üçün “Xəzər Lənkəran” çətin rəqib sayılır. Komandalar baş tutan 15 oyunda lənkəranlıların 11 qələbə qazanması da bunu göstərir. “Turan” isə sonuncu dəfə bu rəqibdən 882 gün əvvəl xal alıb, sonrakı 4 oyunda isə məğlub olub.

“İnter” (Bakı) – “Rəvan” (Bakı)
+1=0-0, top fərqi - 2:1

Bu komandalar arasında paytaxt derbisi indiyədək cəmi 1 dəfə baş tutub. Bu da cari mövsümə təsadüf edib ki, həmin qarşılaşmada “İnter” çətin qələbə qazanıb.

“Kəpəz” (Gəncə) – “Qəbələ” (Qəbələ)
+0=4-1, top fərqi 1:3

İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblər bütün oyunlarda heç-heçə ilə kifayətləndilər. Həm təsnifat, həm də final mərhələsində qarşılaşan tərəflər arasında balans cari mövsüm pozuldu. Artıq 2 oyundur “Kəpəz”dən qol buraxmayan “Qəbələ” şəxsi oyunlarda ilk qələbə qazanan komanda oldu.

“Bakı” (Bakı) – “Neftçi” (Bakı)
+7=7-21, top fərqi 26:52

Bu 2 komanda arasında paytaxt derbisi 3 hissədən ibarətdir: paytaxtın eyniadlı təmsilçisinin “Polis Akademiysı”nın bazasında yaradıldığı 1997-ci ilədək olan 2 matç, “Dinamo” dövrü və “Bakı” adı altındakı oyunlar. Ümumi balansda üstünlüyü aşkar olan “Neftçi” son illər də həmşəhərliləri ilə oyunlarda daha yaxşı nəticə qazanır. 427 gündən sonra “Neftçi”dən xal almağa və qol vurmağa çalışacaq “Bakı” 2011-ci ildəki hər 3 dueldə rəqibinə uduzub. 427 gün əvvəlki məğlubiyyət isə “Neftçi” üçün son 8 derbidə yeganədir.