Prezident Atom Enerjisi Agentliyinin direktoru ilə görüşüb

prezident-atom-enerjisi-agentliyinin-direktoru-ile-gorusub
Oxunma sayı: 628


“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında səmərəli əməkdaşlığın qurulduğu, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğu bildirildi.

Yukiya Amano əməkdaşlığın daha da inkişaf etdirilməsi və radioaktiv tullantıların təmizlənməsi sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. O, bildirdi ki, Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirlərdə və zirvə görüşlərində fəal iştirak etməsi məmnunluq doğurur.

Azərbaycan Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin ölkəmiz, region və dünya üçün əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı Ermənistanda seysmik zonada yerləşən və artıq köhnələrək müasir standartlara cavab verməyən Atom Elektrik Stansiyasının fəaliyyətinin bütün region üçün ciddi təhlükə doğurduğunu diqqətə çatdırdı.