Prezident bu şəxsləri mükafatlandırdı - Siyahı

prezident-bu-sexsleri-mukafatlandirdi
Oxunma sayı: 5404

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə Abasova Aygün Elşad qızı və Səlimov Yalçın Ramiz oğlu “Tərəqqi” medalı ilə təltif edilib.
 
Dövlət başçısının digər sərəncamı ilə Ağayeva Püstə Tofiq qızı, Məlikova Təranə Nadir qızı və Zeynalova Rəma Mais qızı Azərbaycan xalça sənətinin təbliğində səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.