Prezident iqamətgahına avtomobillə hücum etdi

prezident-iqametgahina-avtomobille-hucum-etdi
Oxunma sayı: 1091

Varşavada 36 yaşlı naməlum şəxs minik avtomobilini bilərəkdən prezident iqamətgahının darvazısına çırpıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, polis dərhal şübhəlini saxlamağa çalışıb. Ancaq bu dəfə o, avtomobili polis maşınına çırpıb. Xəsarət alan polis xəstəxanaya yerləşdirilib. Şübhəli isə ələ keçirilib.

Məlumatı Polşa prezidentinin mətbuat xidməti və hökumətin mühafizə xidməti təsdiqləyib.