Prezident seçkiləri təxirə salına bilər - Namizəd tapılmır

prezident-seckileri-texire-salina-biler
Oxunma sayı: 2193

Əlcəzairdə heç bir namizəd prezident seçkilərində iştirak etmək üçün təyin edilən vaxta qədər sənədlərini təqdim etməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sənədlərin qəbulu mayın 25-də başa çatıb. İyulun 4-nə təyin edilən prezident seçkiləri namizəd yoxluğu ilə əlaqədar 60 günlük təxirə salına bilər. 

Yerli KİV-lər qeyd edirlər ki, namizəd olmaması ilə əlaqədar seçkilərin təxirə salınması qanunla nəzərdə tutulmayıb. 

Xatırladaq ki, Əlcəzair prezidenti Əbdüləziz Buteflika aprelin 2-də istefasını elan etmişdi. Bundan dərhal sonra polis eks-prezidentin kiçik qardaşını saxlamışdı.