Prezident və xanımı sərgidə

prezident-ve-xanimi-sergide
Oxunma sayı: 643

“Qafqazinfo”nun AzerTac-a istinadən verdiyi xəbərə görə,
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verib ki, sərgidə iştirakçı ölkələrin coğrafiyası hər il genişlənir. Məhz bunun nəticəsidir ki, “AİTF-2013” sərgisində 35 ölkədən 60-dan çox istiqaməti təmsil edən 251 şirkət iştirak edir.

Diqqətə çatdırılıb ki, sərgiyə Dünya Turizm Təşkilatı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstək verilir.

Qeyd edilib ki, artıq ənənə halı almış bu sərgi çərçivəsində görüşlər keçirilir, əməkdaşlıq müqavilələri imzalanır, turizmlə bağlı yeni proqramlar, qiymətlər barədə məlumatlar açıqlanır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə yaxından tanış olublar.