Rusiya estradasının primadonnası Alla Puqaçovanın 22 yaşlı nəvəsi Nikita Presnyakov qazaxıstanlı sevgilisi Aida Kaliyeva ilə kino çəkilişi zamanı “evlənib” .
“Qafqazinfo”nun Rusiya kİV-nə istinadən verdiyi məlumata görə, Nikita 3 ildir birlikdə olduğu 21 yaşlı sevgilisi ilə iyul ayında ailə quracaq. Lakin cütlük “Delo angela” filminin çəkilişləri zamanı əsl toy abu- havasını yaşayıblar.
Filmdə baş qəhrəman olan Nikita səhnələrdən birində sevgilisi ilə evlənməli olduğundan bu səhnənin təbii alınması üçün rejissor Qeo Davidov Aidanı filmə dəvət edib.
Toy çəkilişi Kiyevdəki restoranlardan birində aparılıb. Bəylə gəlin toya xüsusi hazırlaşıb. Hətta, Aidaya Ukraynanın ən məşhur moda evlərindən birindən 4 min avroluq gəlinlik icarəyə götürülüb.
Çəkilişlərdən sonra Nikita anası, müğənni Kristina Orbakayte və nənəsi Alla Puqaçovaya toy şəkillərini göndərərək evləndiyini söyləyib. Təbii ki, ailəsi şoka düşüb. Lakin Nikita bunun bir zarafat olduğunu, film üçün çəkildiyini bilkdirib.
Son xəbərlər
Son Xəbərlər