Prorektorun narkoman oğluna hökm oxundu

prorektorun-narkoman-ogluna-hokm-oxundu
Oxunma sayı: 713

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və quldurluqda təqdirləndirilən Raul Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə hökm oxunub.

İttihama görə, Raul Əhmədov tanışından dərman almaq adı ilə 200 manat alıb, qaytarmayıb. Həmçinin  Sumqayıtda taksi sürücüsündən telefonunu alaraq qaçıb. R.Əhmədov bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 1il 6 ay müddətinə azadlıqdan məhrum edilib, bir müddət sonra amnistiyaya düşərək azadlığa çıxıb.

R.Əliyev dələduzluq etdiyini etiraf etsə də, quldurluq etməsini təkzib edib: “Dərman almağa ehtiyacım olduğu üçün pul aldım. Telefonu alanda isə qaçmadım, sadəcə alıb qaytarmadım”.

Məhkəmənin hökmü ilə R.Əliyev 6 il müddətinə azadlıqdan məhrum edilib və o, narkotik istifadəçisi olduğu üçün məcburi müalicəyə göndərilib. 

Qeyd edək ki, R.Əliyev Sumqayıt Dövlət Universitetinin sabiq prorektoru Şakir Əhmədovun oğludur.

Murad Əhməd