Putinin ikinci həyat yoldaşı kimdir?

putinin-ikinci-heyat-yoldasi-kimdir
Oxunma sayı: 4816

“Qafqazinfo”nun məlumatına görə, Amerikanın The Daily Beast nəşri qeyd edir ki, Lyudmila indi hər zaman olduğundan daha çox gözəgörünməz olub. Belə ki, yanvarın 6-da 55 yaşını qeyd edən birinci ledinin doğum günü ölkədə qeyd olunmayıb. Bu məsələ hətta ölkənin əsas xəbər kanallarında belə işıqlandırılmayıb.
Ötən il birinci ledinin monastırda yaşaması xəbərləri yayılırdısa, bu il o ümumiyyətlə xatırlanmayıb.

Ən maraqlısı isə “first ledi”nin doğum gününə çeçen lideri Ramzan Kadırovun öz şəxsi tvitter hesabında yazdığı təbrik mesajı olub: “Vladimir Vladimiroviçin ilk həyat yoldaşı Lyudmila Aleksandrovnanı təbrik etmək istəyirəm və ona Qafqaz uzunömürlülüyü arzu edirəm”.

Kadırovun bu təbriki də birmənalı qarşılanmayıb. Belə ki, bu mesajla çeçen liderinin Putinin ikinci həyat yoldaşının da varlığına işarə vurduğu deyilir.