Qadın özünü 8-ci mərtəbədən atdı - Sağ qaldı

qadin-ozunu-8-ci-mertebeden-atdi
Oxunma sayı: 644

Bakıda 30 yaşlı qadın özünü binadan atıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.
 
1987-ci il təvəllüdlü Lalə Tofiq qızı Yaqubova özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb.
 
Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. L.Yaqubovanın vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.