“Qalatasaray” Türkiyə kubokunun finalına yüksəlib

qalatasaray-turkiye-kubokunun-finalina-yukselib
Oxunma sayı: 1066

Aprelin 25-də futbol üzrə Türkiyə kubokunun yarımfinal mərhələsinin sonuncu cavab qarşılaşması keçirilib.

"Qafqazinfo" xəbər verir ki, matçda “Yeni Malatyaspor” “Qalatasaray”ı qəbul edib. Görüş qonaqların 2:5 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda Martin Linnes, Sofian Fequli, Henri Onyekuru (2 qol) və Kostas Mitroqlu fərqləniblər. 

İlk oyunda qapılara qol vurulmadığı üçün İstanbul təmsilçisi finala vəsiqə qazanıb. 

Qeyd edək ki, “Qalatasaray”ın finaldakı rəqibi kubokun son qalibi “Akhisarspor” olacaq.