“Qalatasaray”dan qol yağışı - Video

qalatasaraydan-qol-yagisi
Oxunma sayı: 2740

Türkiyə Superliqasında 11-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında lider “Qalatasaray” öz meydanında “Gənclərbirliyi” ilə qarşılaşıb.

Son iki matçda xal itirən “sarı-qırmızılılar” qələbə həsrətinə darmadağınla son qoyub. “Qalatasaray” başdan sona qədər üstün oynadığı görüşdən 5:1 qalib ayrılıb.

“Qalatasaray” – “Gənclərbirliyi”  5:1

Qollar: 7 – Mariano, 43 – Maykon, 46 – Qomis, 50 – Tolqa, 81 – Qomis (pen) // 84 - Şçekiç