“Qarabağ” üçün məşhur referi

qarabag-ucun-meshur-referi
Oxunma sayı: 644

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Kopenhagen" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Danimarkada keçiriləcək matçı ispaniyalı Alberto Undiano Malyenko idarə edəcək.

Onun köməkçiləri Roberto Alonso və Raul Kabanero olacaq. Dördüncü hakim funksiyasını Dieqo Barbero Sevilla yerinə yetirəcək.

Qeyd edək ki, "Kopenhagen" - "Qarabağ" görüşü avqustun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.