Qaxda yeni yol istifadəyə verildi

qaxda-yeni-yol-istifadeye-verildi
Oxunma sayı: 1008

Prezident İlham Əliyev bu gün Qax-Qorağan-Zaqatala avtomobil yolunun Qax-Qorağan hissəsinin açılışında iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərlə tanış olub.
 
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov Qax-Qorağan-Zaqatala avtomobil yolunun layihəsi haqqında ətraflı məlumat verib. Bilidirb ki, layihənin başlanğıcı Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri, yəni, Qax şəhərinin girişi, sonu isə Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 125-ci kilometridir. 
 
Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.
 
Qeyd edək ki, layihə əsasında Qax və Zaqatala rayonları arasında hazırda mövcud olan yol məsafəsi xeyli qısalacaq.