Qətlin sifarişçisinin AST Telman olduğu təsdiqləndi

Qətlin sifarişçisinin AST Telman olduğu təsdiqləndi
Oxunma sayı: 3956

Rusiya İstintaq Komitəsi azərbaycanlı iş adamı Telman İsmayılovun qətl hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı qərar qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, İstintaq Komitəsi əmindir ki, T.İsmayılov ötən il baş verən -  iş adamları Vladimir Savkin və Yuri Brılevin qətlinin planını qardaşları Rafiq və Vaqif İsmayılovla birgə həyata keçirib. Cinayəti törədən isə Mehman Kərimov olub. Bundan başqa, İsmayılov qanunsuz silah dövriyyəsində ittiham olunur. 

Hazırda Telman İsmayılov interpolun xətti ilə beynəlxalq axtarışa verilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi