Qeydiyyat başlanıb

qeydiyyat-baslanib
Oxunma sayı: 1290

İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, həmin şəxslər sertifikat əldə etmək üçün 18 fevral saat 10:00-dan 1 mart saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. 

Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;

əmək kitabçasının surəti (olduğu halda).