QMİ ayın görünməsinin dəqiq vaxtını açıqladı

qmi-ayin-gorunmesinin-deqiq-vaxtini-aciqladi
Oxunma sayı: 6467

Qafqaz Müsəlmanları İdarəsi Ramazan bayramı ilə əlaqədar ayın görünməsinin dəqiq vaxtını açıqlayıb.

“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, təzə Ay (Hilal) bu gün, iyun ayının 14-ü saat 20:20-dən sonra görünə biləcək.

Beləliklə, sabah, iyun ayının 15-i, Şəvval ayının 1-i, yəni Eid-əl-Fitr bayramıdır.

Qeyd edək ki, görüntü Şamaxı Astrofizika Rəsədxanasına məxsusdur.