Qoruqda ov etmək istədi

qoruqda-ov-etmek-istedi
Oxunma sayı: 1994

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən qoruğun ərazisində ova cəhd edən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, araşdırma zamanı təqsirkar şəxsin Masallı rayon Ərəb kənd sakini Vasif Dövlətov olduğu məlum olub. Faktla bağlı V.Dövlətov barəsində akt,  protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə  tətbiq olunub. Ondan ov tüfəngi və patron götürülüb.