Qubada alma oğrusu saxlanılıb

qubada-alma-ogrusu-saxlanilib
Oxunma sayı: 1909

Qubada oğurluq edən keçmiş məhkum saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, oğurluq hadisəsi oktyabrın 7-dən 15-dək olan müddətdə baş verib. Rayon ərazisindəki həyətyanı sahələrin birindən 100 manat dəyərində alma və 130 ədəd yeşik, habelə A.Cəmiyevanın 200 manatını oğurlamaqda şübhəli bilinən Zərdabi qəsəbə sakini Cavid Nəcəfov saxlanılıb.