"Qurd"a şər atdılar

quotqurdquota-ser-atdilar-
Oxunma sayı: 1209

  
"Əvvəllər belə şayələri normal qəbul edirdim. Düşünürdüm ki, əgər az da olsa tanınırsansa, bundan qaçmaq olmaz. Amma hər şeyin də bir həddi var. Bu yaxınlarda eşitdim ki, mason lojasının üzvü olmağımla bağlı dedi-qodu yayılıb. Haqqımda çox yalan məlumat eşitmişdim, amma daha buna deyiləcək söz belə  tapa bilmirəm. Görünür, bu şayəni yayanların təxəyyülü normadan çox inkişaf edib. Bu kimi əsassız məlumatları yaymaq kimin nəyinə lazımdır axı? Məncə özlərini gülünc hala salmaqdan əl çəksinlər".

 Reper insanların ona olan münasibətinin dəyişmədiyi müddətcə haqqında deyilən yalanları, şər və böhtanları önəmsiz olduğunu qeyd edib:
"Əsas məni bəyənən və işimi az da olsa, qiymətləndirən insanların mənə olan münasibətidir. Bu günlərdə dj Çina ilə birgə ATV kanalında yayımlanan "Pozitiv" verilişinin təşkilatçılığı ilə kiçik konsert proqramı ilə çıxış etdik. Heydər Əliyev parkında baş tutan konsertdən olduqca zövq aldım. Açıq hava konsertlərində tamaşaçı ilə ünsiyyət daha da səmimi olur. Şükürlər olsun ki, özümə qarşı heç bir aqressiya, yaxud mənfi münasibət hiss etmədim. Onlardan yalnız müsbət enerji aldım. Demək ki, şaiyə yayanların planları baş tutmayıb. Necə deyərlər " Xalqın gözü tərəzidir".