Quranı yandıran NATO əsgərləri cəzalandırıla bilər

qurani-yandiran-nato-esgerleri-cezalandirila-biler
Oxunma sayı: 642

Əfqanıstandakı hərbi bazada Müsəlmanların müqəddəs kitabı olan Qurani Kərimi yandıran 7 NATO əsgəri cəzalandırıla bilər. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, baş verən hadisə ilə bağlı Pentaqona hesabat verilib. Hazırda o araşdırılır.

Qeyd edək ki, hadisə fevral ayında baş vermişdi. Quranın yandırılması müsəlmanların hiddətinə və qarşıdurmalara, NATO hərbçilərinə hücumlarla nəticələnmişdi.