Qurban nə vaxta qədər Rəşadı oyundan üstün tutacaq? - ATV-dən şərh+ Video

qurban-ne-vaxta-qeder-resadi-oyundan-ustun-tutacaq
Oxunma sayı: 9227

Azərbaycan çempionu və futbol azarkeşlərinin sevimli komandası olan “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-yə məğlubiyyətinin ardınca Avroliqanın pley-offunda da Moldovanın “Şerif” komandasına səfərdə 1:0 uduzmağı birmənalı qarşılanmayıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan bir neçə gün keçməsinə baxmayaraq KİV və sosial şəbəkələrdə hələ də tənqidlər, sərt yazılar, təhlillər yayılmaqdadır.

Belə ki, “ATV”nin idman şərhçisi İlkin Fikrətoğlu da Ağdam klubunun məğlubiyyətinə həsr olunmuş süjetdə ciddi tənqidlər səsləndirərək baş verənlərlə bağlı mühüm məqamlara toxunub.

“BATE ilə hər iki oyunda kobud səhvlərinə görə tənqid olunan kapitan Rəşad Sadıqov “Şerif”in vurduğu qolda da dırnaqarası rol oynadı” deyən aparıcı baş məşqçi Qurban Qurbanovla Rəşad Sadıqovun bu haqda ciddi düşünməli olduqlarını söyləyib.

Həmin süjeti təqdim edirik: