Qurbanlıq qoyunların ucuz qiymətə satışı təşkil ediləcək

qurbanliq-qoyunlarin-ucuz-qiymete-satisi-teskil-edilecek
Oxunma sayı: 650

Bu barədə məlumat Milli.Az xəbər portalına İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumatda deyilir ki, Qurban bayramının yaxınlaşması ilə əlaqədar əhalinin qurbanlıq qoyunlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatı dövlət orqanları heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz diri qoyunların satışını təşkil edəcəklər.

Satış məntəqələrinin ünvanları barədə əlavə məlumat veriləcək.