Quterreşdən İsrail və Fələstinə çağırış

quterresden-israil-ve-felestine-cagiris
Oxunma sayı: 958

BMT Baş katibi Antonio Quterreş bir-birinə qarşılıqlı raket zərbələri endirən İsrail və Fələstini təmkinli olmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Parisdə “France24” kanalına açıqlama verən Baş katib prosesin yaxından izlənildiyini bildirib.

O, Qəzzada yaşananları tragediya adlandırıb:

“Qəzza xalqının çəkdiyi əziyyətləri təsvir etmək mümkün deyil. Özüm bri neçə ay öncə orada idi. Gələcəkdən ümidini olmayan çoxlu sayda “məhkumun” olduğu açıq həbsxana kimidir”.

Quterreş gərginliyin qısa zamanda bitməsinə ümid etdiyini söyləyib:

“Əks-təqdirdə yeni müharibə başlayacaq və daha bir tragediya ilə qarşılaşacağıq. Bunun qarşısı alınmalıdır”.

Qeyd edək ki, son məlumatlara əsasən İsrailin Qəzzaya atdığı raketlər nəticəsində 53 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Həmas”ın İsrailə endirdiyi zərbələrdə isə 1 nəfər ölüb, 21 nəfər yaralanıb.