“Raket hücumundan müdafiə mövzusunda müzakirələr aparırıq”

“Raket hücumundan müdafiə mövzusunda müzakirələr aparırıq”
Oxunma sayı: 214

”Qafqazinfo”nun məlumatına görə, bu sözləri ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endrü Şapiro deyib. O, bu gün Bakıda keçirlilən 12-ci ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunda raket hücumundan müdafiə məsələlərinin də müzakirə olunduğunu deyib. Şapiro bu mövzuda Rusiya ilə də danışıqlar apardıqlarını söyləyib.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə bildirib ki, Qəbələ RLS-in sahibi Rusiyadır. Onun sözlərinə görə, 2002-ci ildə Qəbələ RLS Rusiyanın istifadəsinə verilib və gələn il Azərbaycanla Rusiya arasında imzalanmış müqavilənin müddəti başa çatır. Əzimov qeyd edib ki, Qəbələ RLS həm strateji mövqe, həm də Rusiyanın təhlükəsizliyində oynadığı rola görə, çox mühüm obyektdir: “Rusiya və Avropa Birliyi hazırda raket əleyhinə təhlükəsizliyə dair danışıqlar aparırlar. Biz də danışıqları davam etdirəcəyik”.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi