Ramil Usubov amerikalı jurnalistləri döyənlərin tapılması əmrini verib

ramil-usubov-amerikali-jurnalistleri-doyenlerin-tapilmasi-emrini-verib
Oxunma sayı: 632

Məlumata görə, isə hadisə ilə bağlı müvafiq orqanlar araşdırmalar aparır, qanun çərçivəsində bütün tədbirlər görülür. Cinayəti törətmiş şəxslərin müəyyənləşdirərək məsuliyyətə cəlb olunması üçün addımlar atılır. Hadisənin xuliqanlıq zəminində törədilməsi ilə yanaşı bunun bir sira qüvvələrin təxribatı olduğu da istisna edilmir.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində təhqiqat aparılır. Faktla bağlı "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi qaldırılıb.

Xatırladaq ki, hər iki şəxs döyülmələri ilə əlaqədar polisə müraciət ediblər. Onlardan biri, Silya Devisin sağ qolu sınıb.
Digər döyülən Amanda Erikson bir müddət “New-york Times” qəzetində çalışıb. Hazırda isə Bakı Slavyan Universitetində jurnalistikadan dərs deyir.