Ramzan Kadırov vəzifədən getməyə hazırdır- - Bəyanat

ramzan-kadirov-vezifeden-getmeye-hazirdir-
Oxunma sayı: 4636


“Qafqazinfo”nun RİA Novosti-yə istinadən məlumatına görə, Kadırov lazım olarsa vəzifədən getməyə hazır olduğunu bəyan edib. 

Eyni zamanda Ramzan Kadırov bəzi qüvvələrin onu Rusiya prezidenti Vladimir Putinə qarşı qoymaq cəhdlərinə güldüyünü də bildirib:

“Mən ali baş komandanın silahdaşıyam. Mənə nə əmr verərlərsə onu 100 faizlik yerinə yetirəcəyəm. Hər an getmək lazım olsa-gedərəm, ölmək-buna da hazıram... Buna görə də Kadırovu prezidentə qarşı qoymaq sadəcə gülməlidir. O, bizim komandanımızdır”.

Qeyd edək ki, bu gün Kadırov başqa bir xəbərlə də gündəmə gəlmişdi. O, Çeçenistan liderinin razılığı olmadan respublika ərazisində əməliyyat keçirən digər regionların təhlükəsizlik qüvvələrini yerindəcə güllələməyi əmr edib. 

Ekspertlərin fikrincə, bu, R.Kadırovla Rusiyanın bir sıra hüquq-mühafizə orqanları arasında münasibətlərin gərginləşməsi fonunda baş verir. Kadırovun belə bir bəyanatla çıxış etməsinə səbəb aprelin 19-da Qroznıda Cambulat Dadayev adlı çeçenin Stavropoldan olan polis tərəfindən öldürülməsi olub.