Rauf Denktaş Azərbaycanı da kədərləndirdi

rauf-denktas-azerbaycani-da-kederlendirdi
Oxunma sayı: 639

KXCP-nin mətbuat xidmətindən “Qafqazinfo”a verilən məlumata görə, partiyanın başsağlığında R. Denktaşın fəaliyyəti böyük qiymətləndirilib və onun vəfatından kədərləndikləri bildirilib.

“Adı – Quzey Kıbrısla qoşa çəkilən, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk Cümhurbaşqanı, Türk Dünyasının əfsanəvi liderlərindən biri, 24 yaşından siyasi fəaliyyətə başlayan, 88 illik həyatının 64 ilini vətəninin, millətinin azadlıq mücadiləsinə həsr edən Rauf Denktaş haqq dünyasına qovuşub.

Ali təhsilini İngiltərədə alıb bir müddət vəkillik edən Rauf Bəy Denktaş 1949-cu ildən prokuror kimi fəaliyyət göstərib, sonradan Kıbrıs Türk Qurumları Federasiyasının sədri, 1955-ci ildə Kıbrısın Yunanıstana birləşdirilməsi məqsədilə yaradılan “Enonis” EOKA kimi yunan təşkilatlarına alternativ olaraq 1958-ci ildə hökumət vəzifələrindən istefa verərək yaxın yoldaşları ilə birlikdə Türk Milli Müqavimət Hərəkatını yaradıb, 1970-ci il seçkisində Kıbrısın Türk İcması Məclisinin sədri seçilib, 1973-cü ilə qədər Kıbrıs prezidentinin müavini və Kıbrıs Türk İdarəsinin sədri, 1975-ci ildə Kıbrıs Türk Federativ Dölətinin prezidenti və parlament sədri kimi fəaliyyət göstərən Rauf Denktaş 1976, 1981 və 1990-cı illərdə keçirilən seçkilərdə Quzey Kıbrıs Türk Cümhuriyyətinin rəsmi prezidenti seçilib.

Klassik Xalq Cəbhəsi Partiyası Türk dünyasının böyük oğlu Quzey Kıbrıs Türk Cümhuriyyətinin ilk Prezidenti, görkəmli dövlət və ictimai-siyasi xadim Rauf Denktaşın vaxtsız vəfatından kədərlənir, Türk dünyasına və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Millətin Başi Sağ Olsun. Qəbri Nurla Dolsun”.