Rauf Mirqədirovla iş birliyində adı keçən erməni danışdı

rauf-mirqedirovla-is-birliyinde-adi-kecen-ermeni-danisdi
Oxunma sayı: 4473


Modern.az saytının xəbərinə görə, adı Rauf Mirqədirovla iş birliyində hallanan Ermənistanın “Region” Araşdırmalar İnstitunun direktoru Laura Baqdasaryan ittihamları qəbul etməyib. Onun sözlərinə görə, R.Mirqədirov azərbaycanlı həmkarı, Sülh və Demokratiya İnstitunun direktoru  Leyla Yunusla birgə “İctimai dialoq” layihəsinin  onlayn versiyası olan “publicdialogues”un müəlliflərindən olub. 

“Rauf Mirqədirov bizim tədbirlərdə canlı deyil, internet konfrans vasitəsilə iştirak edib. Bununla bağlı mənim bir sıra suallarım yaranıb”-deyə Baqdasaryan yazıb.

Gürsütanın paytaxtı Tbilisdə doğulan L. Baqdsaryan Moskva Dövlət Unveriteinin jurnalistika fakültəsini bitirib. O, Yerevanda yaşayır, “Region” Araşdırmalar İnstitununu direktorudur. Qafqazda “xalq diplomatiyası” layihələrinin icrasında iştriak edir.