Regionlar sürətli və keyfiyyətli internetlə təmin olunur

regionlar-suretli-ve-keyfiyyetli-internetle-temin-olunur
Oxunma sayı: 634

“Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.

"Qafqazinfo" xəbər verir ki, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.

Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə  işlər aparılacaq.

Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat  02:00-dan  08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.