Ronaldinyo razılaşdı, “Qalatasaray” istəmədi

ronaldinyo-razilasdi-qalatasaray-istemedi
Oxunma sayı: 636

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul klubunun rəhbərliyi bir müddət gizli şəkildə Ronaldinyo ilə danışıqlar aparıb və futbolçunu komandaya gəlməyə razı sala bilib. Lakin Fatih Terim “yekədiş”in “cimbom”un oyun sisteminə uyğun gəlmədiyini bildirib və transferə razılıq verməyib.
Qeyd edək ki, hazırda Braziliyanın “Flamenqo” klubunda çıxış edən 31 yaşlı Ronaldinyo həftədə 600 min avro qazanır. Ancaq maaşını vaxtında ala bilməyən və yenidən Avropaya qayıtmaq istəyən forvard “Qalatasaray”da ilə 5.5 milyon avro məvaciblə oynamağa razı olub.

Ceyhun Əhmədov