Ronaldo 5-ci dəfə “İlin ən yaxşısı” seçildi

ronaldo-5-ci-defe-ilin-en-yaxsisi-secildi
Oxunma sayı: 1349

İlin ən yaxşı futbolçusuna verilən “Ballon d’Or” mükafatının sahibi “Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo olub.

“Qafqazinfo” xəbər verir ki, bu, Ronaldonun karyerasında 5-ci, ardıcıl isə 4-cü “Ballon d’Or” mükafatı kimi tarixə keçib.

Beləliklə, portuqaliyalı ulduz bu sahədə 5 mükafatı olan Lionel Messiyə çatıb.

Qeyd edək ki, Ronaldo daha öncə 2008, 2013, 2014 və 2016 illərdə də bu titula layiq görülmüşdü.