Ruhanidən Trampa sərt cavab - “Əxlaq və ədəb öyrənsin”

ruhaniden-trampa-sert-cavab
Oxunma sayı: 1634

İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın açıqlamalarına sərt cavab verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani Trampın çıxışını çirkin və ədəbsiz adlandırıb:

“Onun çıxışı İran xalqına qarşı qarayaxmadan ibarət idi. Trampa biraz tarix və coğrafiya oxumasını, biraz da əxlaq və ədəb öyrənməsini tövsiyə edirəm”.

Qeyd edək ki, ABŞ prezidenti bu gün çıxışında İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “terrorçu təşkilatlar” siyahısına daxil edib və sanksiyaların tətbiq edilməsi barədə göstəriş verib. Tramp, həmçinin, İranı terrorizmə dəstək verən ölkə adlandırıb.