Rus qızları yoldan çıxarmaq üsulları... - Federasiyadan qalmaqal

rus-qizlari-yoldan-cixarmaq-usullari
Oxunma sayı: 15260

Argentina Futbol Federasiyasının atdığı addım qalmaqala səbəb olub. Belə ki, federasiya Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı kitabça hazrılayıb.

“Qafqazinfo” xəbər verir ki, bu kitabçada argentinalı kişilərə rusiyalı xanımları yoldan çıxarmaq üsulları geniş şəkildə izah edilib. Bu qeydlər Argentinada narazılıqla qarşılanıb. Argentinalı jurnalist Roberto Martinesin hazırladığı kitabçadan bəzi qeydləri təqdim edirik:

1. Rus qızlar cansıxıcı kişiləri xoşlamırlar. Onlarla danışmaq üçün mövzu tapmalısız. Məsələn, ölkədəki gündəlik həyatınızdan danışın.

2. Rus qadınları yoldan çıxarmaq üçün var dövlətindən və pulundan danışmalısan.

3. Rus qadınlar da digər xanımlar kimi təmizliyə, ətirə və geyimə diqqət edirlər. Çirkin olanları sevməzlər. Onlar üçün ilk baxış önəmli faktordur.

4. Onlara ancaq yataqda vaxt keçirmək üçün yanaşmayın. Rus qadınlar belə düşüncəli kişiləri xoşlamazlar. Onlara xüsusi biri olduğunuzu hiss etdirin.

5. Onlara dəyər və istədiklərinə qiymət verin. Sekslə bağlı axmaq-axmaq suallar verməyin. Ruslar üçün seks önəmlidir və bu mövzunu hər yerdə müzakirə etmək olmaz.

6. Başqa ölkənin vətəndaşı kimi sizin üstünlüyünüz olacaq. Çalışın bundan yararlanın.

7. Onların bütün maraqlandığı suallara cavab verin. Suallarını cavabsız qoymayın.