Rusiyada eks-deputatın qiyabi həbsi barədə sanksiya verildi

rusiyada-eks-deputatin-qiyabi-hebsi-barede-sanksiya-verildi
Oxunma sayı: 647

Volqoqradın Sovet rayon məhkəməsi Dövlət Dumasının “Azad Rusiya” partiyasından olan eks-millət vəkili Oleq Mixeevin qiyabi həbsi barədə sanksiya verib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, siyasətçi 2 milyard rubl pulu oğurlamaqda ittiham olunur. 

Məhkəmə onun barəsində axtarış elan edib.