Rusiyadakı şirkət bayrağa görə məhkəməyə verilir - Foto

Rusiyadakı şirkət bayrağa görə məhkəməyə verilir
Oxunma sayı: 4305

“Moskvada “Mega” Ticarət Mərkəzində Azərbaycan bayrağı rəngində hazırlanan zibil qutuları hələ də yığışdırılmayıb. Bununla bağlı Ticarət Mərkəzinin rəhbərliyinə rəsmi müraciət etdik. Müraciətdə bildirdik ki, qısa müddətdə bu hal aradan qaldırılmasa məhkəməyə müraciət edəcəyik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Modern.az-a Rusiyada yaşayan azərbaycanlı Daşqın Rəcəbli bildirib.
 
Daşqın Rəcəblinin sözlərinə görə, Ticarət Mərkəzinin girişinə bu şəkildə zibil qutularının qoyulması təsadüf ola bilməz: “Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir. Bu yəqin ki, ermənilərin növbəti təxribatıdır. Əgər yaxın zamanlarda bu hal aradan qaldırılmasa, məhkəməyə müraciət edəcəyik”.

***

“Meqa” ticarət mərkəzinin administrasiyası zibil qutularının Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanması məsələsinə aydınlıq gətirib.

Administrasiyadan 1news.az-a bildirilib ki, rəng seçimi ziyatəçilərin diqqətin cəlb edilməsinə yönəlib:

“Ziyarətçilərin əks əlaqəsinə çox diqqət yetiririk. Gələcəkdə rəng seçimində məsələ ilə bağlı onların fikirlərini nəzərə alacağıq”.
Qeyd edək ki, zibilin qutuların rənginə uyğun olaraq çeşidlənməsi çoxdandır Qərb ölkələrində həyata keçirilir. Bu proses zamanı qırmızı, göy, yaşıl və sarı rənglərdən istifadə olunur.

Bütün ehtimallara görə, zibil qutularının Azərbycan bayrağının rənginə boyanması məqsədli hadisə deyil və azərbaycanlıların bununla bağlı narahatlığına əsas yoxdur.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi