Rusiyadan gələn gəmilər Bakıda

rusiyadan-gelen-gemiler-bakida
Oxunma sayı: 1855


Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, "Dağıstan" raketdaşıyan gəmisi və "Volqodonsk" kiçik artilleriya gəmisi Xəzər dənizində Rusiya və Azərbaycanın donanmaları arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı çərçivəsində Bakıya gəliblər.

Səfər çərçivəsində Rusiyanın Xəzər donanması və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi arasında görüş planlaşdırılır.

Rusiyalı dənizçilər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Onlar, o cümlədən şəhərin görməli yerləri və ölkənin tarixi ilə tanış olacaqlar.