Saakaşvili “persona-non-qrata” elan edildi

saakasvili-persona-non-qrata-elan-edildi
Oxunma sayı: 2574


Ukraynanın Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Xidməti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bu ölkəyə girişinə qadağa qoyub. “Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, “Reginlar partiyası” fraksiyasından olan deputat Oleq Çarev 36 nəfərin ölkəyə gəlişinə qadağa qoyulması ilə bağlı hökumətə sorğu göndərib və Saakaşvili də həmin şəxslərin arasındadır. Çarevin sözlərinə görə, həmin şəxslər “ölkədə sabitliyi pozmaq üçün müxalifətlə məsləhətləşmələr aparmaqda” şübhəli bilinirlər.

Ukrayna müxalifəti isə hesab edir ki, bu qadağaların ciddi beynəlxalq nəticələri ola bilər.