Şagirdlər direktoru güllələdi - Türkiyədə dəhşətli cinayət

sagirdler-direktoru-gulleledi
Oxunma sayı: 4371

İzmirin Ödemiş qəsəbəsində Anadolu liseyində cinayət baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İ.P. ve U.C. adlı iki şagird direktor Ayhan Kökmeni öz otağında tüfənglə güllələyiblər.

Ağır yaralı halda xəstəxanaya yerləşdirilən direktor əməliyyat edilib. Lakin, bütün cəhdlərə baxmayaraq onun həyatını xilase etmək mümkün olmayıb.

Hazırda cinayəti törədən şagirdlər axtarılır.

Məlumata görə, iki gün sonra valideyn iclası keçiriləcəkmiş.